|
At üçün yarış kostyumu hazırladı, 18 metr parça sərf olundu
Britaniyanın Qlosterşir qraflığında dizayner at üçün kostyum hazırlayıb. Hazırlanma prosesində Emma Sendhem Kinq adlı dərzi  adi insan üçün lazım olandan 10 dəfə artıq parçadan istifadən edib. 
“The Daily Mail”in xəbərinə görə, üç hissədən ibarət olan kostyum Morstid adlı at üçün hazırlanıb. O, bu kostyumla martın 15-də baş tutacaq yarışda çıxış edəcək. Dizayner kostyumun hazırlanmasına 4 həftə vaxt sərf edib. Yerli mediaya açıqlamasında isə deyib ki, dərzilik karyerası boyunca ən çətin işi bu olub. 
 
At kostyumunun hazırlanması üçün ona Harris Tveed markalı parçadan 18 metr lazım gəlib. Xatırladaq ki, bu markalı parça Şotlandiyanın Harris adasının sakinləri tərəfindən əllə hazırlanır və dünyanın 40 ölkəsinə idxal olunur, yetərincə bahalı parça sayılır.
Cia.az