|
Qohumunun evini yığışdırdı, 200 min dollar tapdı
“Conston Reyt Kollektibls” şirkətinin sahibi Ceff Bidelman adlı amerikan kişi həyatının fürsətini yaxalayıb. 
Qohumlarından birinin 20 il əvvəl tərk etdiyi evi təmizləmək üçün yardıma gedən Ceff evin zirzəmisinə “əl gəzdirmək istəyəndə” olanlar olub. İçində köhnə dəmir pullar olan bir torbanı daşıyarkən yuxarıdakı divarlardan birində bir deşik görüb. Bu deşikdən şübhələnən amerikan birinci mərtəbədə axtarış aparanda qızıl pullar tapıb. Bidelman ümumən 8500 dollar tapsa da, pulların gerçək dəyəri 200 min dollara qədər artıb.
Cia.az