Bir anda çox böyük pullar qazanmaq beyni məhv edir.
Amerikalı alimlər bu nəticəyə gəliblər. Onların fikrincə, bir anda böyük miqdarda lotereya udan şəxslərin beynində pulun da təsiri ilə ciddi dəyişiklik yaşanır, hətta həyatları alt-üst olur. Alimlər bunu sübut etmək üçün daha öncə Amerikada lotereyadan 558 milyon dollar udan Mark Hill və həyat yoldaşı Sindi üzərində araşdırma aparıb. “Discovery News”da yer alan xəbərə görə, Mark və Sindinin beyinləri hormon ifrazı nəticəsində yaşanan dəyişikliklərə görə yaxın zamanda normal bir beyindən fərqli reaksiyalar göstərməyə başlayacaq. İlk zamanlarda hədsiz miqdarda ifraz edilən dopamin adlı maddə daha sonra beyində qarmaşıq bir biokimyəvi təsir nəticəsində öz yerini gərginlik və depressiyaya verə bilir.
Bu zaman iradəsi zəif olan adamların dəli olma ehtimalı da güclüdür. Alimlər onu da sübut edib ki, qısa vaxtda çox pula sahib olmaqla insan xoşbəxtlik yox, diqqət qazanır.
Cia.az
