Dünya bazarında neft qiymətləri yenə ucuzlaşmağa başlayıb.
Brent markalı neftin bir barrelinin qiymətində 3,47% ucuzlaşma qeydə alınıb. Hazırda bu markalı neft 38,99 dollardan təklif edilir.
WTI markalı neftin qiymətində də enmə var. Belə ki, 4,13% ucuzlaşma ilə WTI-nin bir barrelinin qiyməti 36,91 dollarda qərarlaşıb.
Xatırladaq ki, son bir həftədə Brent markalı neft 40-41 dollar, WTI isə 38-39 dollararası qiymətdən satılırdı.
Cia.az
