|
İlham Əliyev Babəkin icra başçısını işdən çıxardı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Cia.az ölkə başçısının saytına istinadən bildirir ki, sərəncamla Elçin Məmməd oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Cia.az