|
Türkiyədə 10 nəfər saxlanılıb -

Ankarada dünən baş verən terror hadisəsindən sonra 10 nəfər saxlanılıb.

Cia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, kimliyi müəyyənləşən canlı bombanın ailəsi də saxlanılanlar arasındadır.

Seher Demir adlı terorçu tələbənin atası baş verənlərlə bağlı danışıb: “Qızımla 2013-cü ildən bəri heç görüşmədim. Seher universitetə gedən yeganə uşağımdır. Polislər gəldi, xəstəxanaya getdik və DNT testi etdilər”.

Cia.az