Bu gün Azərbaycan Yazıçılar Birliyi (AYB) Katibliyinin növbəti toplantısı keçirilib.
Toplantıda bir sıra məsələlərlə yanaşı, AYB Ağsaqqallar Şurasının sədri vəzifəsinə təyinat da müzakirə edilib.
Xalq şairi Nəriman Həsənzadənin namizədliyi yekdilliklə qəbul edilib.
Xatırladaq ki, bundan öncə Ağsaqqallar Şurasının sədri mərhum xalq şairi Vaqif Səmədoğlu idi.
Eləcə də, AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsinə yeni təyinat müzakirə olub.
Komissiyanın üzvü, “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır”, ”Cənab Leytenant” mahnılarının müəllifi Şahin Musaoğlunun namizədliyi yekdilliklə qəbul edilib.
Xatırladaq ki, bundan öncə Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi.

Cia.az
