|
Banklara cəmi 12 milyon dollar satıldı

Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracı keçirib.

Cia.az Azərbaycan Dövlət Neft Fonduna (ADNF) istinadən bildirir ki, hərraca Fond tərəfindən 150 milyon ABŞ dolları çıxarılıb. Bu vəsaitdən 11,9 milyon ABŞ dolları məbləğində vəsait 9 banka satılıb.

«İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək»-deyə Fonddan bildirilib.

Cia.az