|
Dolların qiyməti 1,64 manatdan aşağı düşdü

Azərbaycan Mərkəzi Bankının bu gün Dövlət Neft Fondu ilə birgə keçirdiyi valyuta hərracında ABŞ dollarının satış qiyməti 1,633 manat olub.

Bu barədə fins.az-a bank sektorundakı mənbədən bildirilib.

Xatırladaq ki, hərraca 150 milyon dollar çıxarılıb. Banklar bunun 11,9 milyon dollarını alıb.

Cia.az