|
Ankarada terrorda istifadə olunan avtomobilin sahibi məlum oldu
Ankarada törədilən terrorda istifadə olunan "BMW" markalı avtomobil bu il yanvarın 10-dan axtarışda olub.
 
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
 
Məlumata görə, Türkiyənin Şanliurfa şəhərinin yaşlı sakininə məxsus olan avtomobil bu il yanvarın 10-da oğurlanaraq, elə həmin gün Diyarbəkirə aparılıb.
 
Xəbərdə bildirilib ki, fevralın 27-də Ankara polisi şəhərin "Kızılay" bölgəsində mina quraşdırılmış avtomobili axtarırmış.
 
Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror nəticəsində 34 nəfər (ikisi terrorçu) ölüb. Məlumata əsasən, bu hadisəni biri qadın olmaqla iki nəfər törədib. Partlayış nəticəsində onların da öldüyü bildirilir.
 







Cia.az