|
Türkiyədə sosial şəbəkələrə daxil olmaq əngəlləndi
Ankara Qızılay səmtində meydana gələn partlayışın ardından sosial şəbəkə istifadəçiləri facebook və tvitter hesablarına daxil ola bilməyiblər.
 
Musavat.com-un məlumatına görə, qısa zaman sonra məsələ ilə bağlı açıqlama verilib. Məlum olub ki, Ankara Gölbaşı Sülh Cəza Məhkəməsi paylaşılan görüntülər səbəbi ilə sosial şəbəkələrə daxil olma qadağası qoyub. Telekomunikasiya nazirliyi Qızılay səmtində baş verən qanlı terror hadisəsinin görüntülərinin paylaşılmasının qarşısını almaq üçün məhkəməyə müraciət edib.
 
Qeyd edək ki, hadisə ilə bağlı Türkiyə telekanallarına da yayım qadağası qoyulub. 
Cia.az