Türkiyənin baş naziri Əhməd Davudoğlu paytaxt Ankarada baş verən terror aktı ilə əlaqədar İordaniya səfərini təxirə salıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Davudoğlu hadisə ilə bağlı bunları deyib: “Əldə olunan məlumatlara görə və araşdırmalar zamanı gəlinən nəticəyə əsasən bu qanlı hücumu törədən terror təşkilatına dair məlumatları ələ keçirmişik. Ən qısa zamanda bütün məlumatları bir yerə toplayıb, ictimaiyyətə çatdıracağıq”.
Cia.az
