Müğənni Bülənt Ərsoy Nişantaşında alış-veriş zamanı görüntülənib.
İfaçı 3 saat qızıl dükanında alış-veriş edib. O, özünə 15 min avro dəyərində zinət əşyası alıb. Mağazadan çıxarkən jurnalistlərin suallarını cavablandıran Bülənt “Evdəki qızıllarımla dükan açaram” deyib.
B.Ərsoy toya hazırlaşan Kənan-Sinem cütlüyündən də danışıb. O, “Kənan İmirzalıoğlunun xanımını çox bəyənirəm. Xanım-xatın qızdır”, - deyə açıqlama verib. 

Cia.az
