Fransa çempionatında XXX turun qarşılaşmaları oynanılır.
Lider PSJ artıq bu turda çempionluğunu rəsmiləşdirib. Belə ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Trua”nın qonağı olan Paris təmsilçisi rəqibinin qapısından 9 cavabsız qol keçirib.
Bununla da, ən yaxın izləyicisi ilə xal fərqini 25-ə yüksəldən parislilər sona 8 tur qalmış əlçatmaz olub və çempionluğunu elan edib.
Qeyd edək ki, Fransa birinciliyi "Böyük beşlik" ölkələri arasında qalibi müəyyənləşən ilk çempionat olub.
13 mart
“Trua” – PSJ - 0:9
Qollar: Kavani, 13, 75, Pastore, 17, Rabiot, 19, İbrahimoviç, 46, 52, 55, 89, Saunyer, 58 (öz qapısına)
Cia.az
