|
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 25-ci turunda “Sumqayıt”a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bildirib. Qol.Az-ın xəbərinə görə, o qeyd edib ki, eyni komandaya qarşı ardıcıl üç oyun keçirmək çətin olub: - İstər-istəməz yorulursan. Futbolçulardan razı qaldım. Başlanğıcda yaxşı oynadıq. Ancaq rəqib də pis təsir bağışlamadı. Baxmayaraq ki, ilk 20 dəqiqədə 2 qol vurduq, qalan 70 dəqiqədə “Sumqayıt”ın qapısına yol tapa bilmədik. - Rəşad Sadıqov bugünkü oyunu kənardan izləyir, özü üçün qeydlər aparırdı. Bu yaxınlarda isə o, məşqçi kurslarına qatılıb. - Rəşadın kiçik zədəsi var. Risk etmədik. O ki qaldı qeydlər aparmasına, bu barədə ondan yalnız məşqçi imtahanlarından sonra soruşacam. - Mövsüm ərzində “Qarabağ”da eniş müşahidə olunmayıb. “Qarabağ”ın özü özüylə mübarizə aparması çətin deyil? - Hər rəqiblə oyuna ciddi hazırlaşırıq. İstənilən komanda “Qarabağ”a məğlub etmək iqtidarındadı. Amma biz də enişə düşməkdən çəkinirik və çalışırıq ki, cari mövsüm bunu yaşamayaq. - Riçard Almeyda əvəzlənərkən sanki şikayətlənirdi... - O, hələ ilk yarıda topuğundan zərbə almışdı. Mən də bu cür məsələlərdə həssasam. İnanıram ki, zədə ciddi deyil. Amma Riçardı qorumağı qərara aldıq. Cia.az
|
