Gözaltı kontur rəngi dərinizdən 2 ton tünd, pudranız isə dərinizdən bir az daha açıq tonlarda olmalıdır.
Kirşanı yanaqlarınızın ortasından başlayıb çarpaz şəkildə qulaqlarınıza doğru çəkin. Nə qədər yuxarı çıxsanız, almacıq sümükləriniz o qədər incə görünəcək.
Burnunuzun daha incə görünməsi üçün kontur pudrasını burnunuzun yanlarına sürtün, burun dəliklərinə çatmadan bitirin. Tamamlamaq üçün burnunuzun kəmərindən aşağıya şaquli bir şəkildə parladıcı sürtün.
Çənə xəttinizə tünd bürünc rəng sürtərək çənənizin daha incə görünməsini təmin edə bilərsiniz.
Dolğun dodaqlar üzü dairəvi göstərir. Gözləri böyük göstərən makiyaj üzünüzün qalan hissəsini kiçik göstərəcək. Buna görə dodaqlarınız üçün təbii rənglər seçin və gözlərinizə daha çox diqqət göstərin.
Daha hündür və qövsvari qaşlar yumru üzünüzü tarazlamağa kömək edəcək. Üzünüzün mərkəzini işıqlandırıb yanları yox etmək isə üzü incə göstərməyin başqa bir yoludur.
Alnınızı unutmayın. Tonal krem çəkərkən alnınıza, gicgahlarınıza doğru çıxın. Alınınızın ortasını işıqlandırın.
