Amerikalı milyoner vəkil Tomas Henri 15 yaşlı qızı Maya Henrinin ad günü üçün 6 milyon dollar xərcləyib.
Texasın San Antonio şəhərində 5 min 100 kvadrat metrlik ərazidə inşa edilən xüsusi məkanda keçirilən ad günü tədbirində Maya xüsusi hazırlanmış paltar geyinib. Paltar məşhur modelyer Rolando Santana tərəfindən özəl olaraq tikilib. Mayanın makiyajını Kim Kardaşyanın xüsusi qrimçisi olan Patrik Ta edib. Şəkillərini isə Mişel Obamanın fotoqrafı Donna Nevman çəkib.
Ad gününə dəvət edilən 600 qonaq Nik Jonas və Pitbullun mahnıları ilə əyləniblər.
Cia.az
