|
Daha bir serial "reytinq qurbanı" oldu

Türkiyədə daha bir məşhur serial ekranlarla vidalaşır.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu dəfə reytinq göstəricilərin "qurban"ı Kanal D-nin yeni mövsümdə başlamış serialı olub.

Bu il bağlanan digər seriallar kimi Nur Fəttahoğlu, Engin Öztürk və Burak Yamantürkün baş rollarda çəkildiyi "Hayat Yolunda" da gözlənilən marağı qazana bilməyib.

Serialın yeni ilə qədər final seriyasının çəkilməsi gözlənilir.