Azərbaycan Mərkəzi Bankı bu gün növbəti valyuta hərracını keçirib.
Cia.az AMB-nin məlumatına əsasən xəbər verir ki, bugünkü valyuta hərracında Azərbaycan Dovlət Neft Fondu tərəfindən satışa çıxarılan 200 mln ABŞ dolları həcmində valyuta kütləsinə kommersiya banklarının faktiki tələbatı 34% səviyyəsində - 68 mln dollar olub.
Bu fakt belə deməyə əsas verir ki, dollara tələbat tam ödənildiyi və təklif edilən məbləğ tələbatdan artıq olduğu üçün Mərkəzi Bank bu gün dolların rəsmi məzənnəsini aşağı sala bilər.
Cia.az
