|
Baytarlıq xidməti gücləndirilmiş iş rejiminə keçir

Kənd TəsərrüfatıNazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin martın 12-dən güclənmiş iş rejiminə keçəcək.

Bu barədə baytarlıq xidmətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, martın 12-dən 20-nə kimi keçiriləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında, eləcə də bayram ərəfəsi və bayram günlərində respublikanın digər şəhər və rayonlarında keçiriləcək yarmarkalarda, bazarlarda əhalini keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin etmək, insanların sağlamlığını qorumaq, ticarət yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi nəzarətin aparılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bununla əlaqədar, Dövlət Baytarlıq Nəzarəti Xidməti üzrə əmr imzalanıb.

Əmrdə bayram ərəfəsi və bayram günlərində rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə heyvan və heyvan mənşəli məhsullarının satışı yerlərində ətin və digər heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi, ticarət üçün ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan, heyvan mənşəli məhsulların və xammalın satışının qarşısının alınması, bazarlarda və yarmarkalarda baytarlıq-sanitariya ekspertiza işlərində keyfiyyətin artırılması tapşırılır.

Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt və Abşeronda təşkil edilmiş yarmarkalara çıxarılacaq heyvan və heyvan mənşəli məhsulların vaxtında və yerindəcə müayinələrinin təşkili üçün səyyar baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək.

Cia.az