UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin oyunları start götürüb.
Türkiyənin turnirdəki yeganə təmsilçisi olan “Fənərbağça” öz meydanında Portuqaliyanın “Braqa” komandası ilə görüşüb.
Türkiyə təmsilçisi 82-ci dəqiqədə Mehmet Topalın vurduğu gözəl qolla “Braqa”nı əliboş yola salıb. Qapısını toxunulmaz saxlayan İstanbul təmsilçisi cavab görüşü üçün üstünlük əldə edib.
Cia.az
