Çinin Fujian şəhərində “A Duan” ləqəbi ilə tanınan kişi qızını sosial mediada satmağa çalışıb.
“İndependent”in xəbərinə görə, adı tam açıqlanmayan kişi 18 günlük qızını satdığı haqda elan verib. Uşağını satmaq üçün “QQ” mesajlaşma xidmətindən istifadə edən “A Duan” qızını 3 min 500 dollara satdığını qeyd edib. Uşağı adı açıqlanmayan bir xarici ölkə vətəndaşı bacısı üçün alıb. Uşağın anası olan Xiao Mei isə övladı satıldıqdan sonra şəhəri tərk etsə də, polislər tərəfindən ələ keçirilib. Gənc qadın ifadə verərkən ərinin bütün zamanını internet salonlarında keçirdiyini, uşağa və özünə baxa bilmədiyini açıqlayıb. Hələ 18 yaşı olmayan ana “mən də övladlığa götürülmüşəm. Mənim kimi gəliri az olan ata-analar uşaqlarını böyütmək üçün başqalarına verməlidirlər. Bunun nəyi qanunsuzdur, anlamıram” deyə açıqlama verib.
3 il həbs cəzası alan ata isə uşağını telefon və motosiklet almaq üçün satmaq istədiyini deyib.
Cia.az
Cia.az
