İnternet vasitəsilə İpone 6S sifariş edən N.G. adlı bir şəxs qutudan qıfıl çıxdığını görüncə şoka düşüb.
“11atreet” adlı saytdan 16GB yaddaşa sahib olan telefon sifariş edən Alan N.G. adlı müştəri bu olayı sosial mediada paylaşıb. Bildirib ki, 50 dollar endirim etdiyi üçün həmin saytdan telefon sifariş edib. Məlumata görə, sayt telefonları birbaşa göndərmir, əməkdaşlıq etdiyi şirkətlərə sifariş edilən malları ünvanlarına çatdırır. Saytdan bildirilib ki, şirkətlərdən biri müştəriyə içinə qıfıl qoyulmuş telefon qutusu göndərib.
Sayt rəhbərliyi məsələdən xəbərdar olduqdan sonra Alan 24 saat ərzində yeni bir İpone 6S-ə sahib olub. Bu hadisədən sonra “11 street” saytının reytinqinin xeyli aşağı düşdüyü də bəlli olub.
Cia.az
