|
Evinin bacasından sərvət çıxdı
Norveçin paytaxtı Oslodan yeni ev alan Vemond Torkildsen adlı oğlan bir anda xeyli pulun sahibi olub. 3 dostu ilə bağlı evin içində gəzərək təmir ediləcək yerləri müəyyənləşdirməyə çalışan Vemond bacanı yoxlayarkən oradan bir neçə zərf tökülüb. 
Zərflərin içərisində 325 min Norveç kronu (35 min avro) görüb. Məlumatlara görə, daha əvvəl yaşlı cütlüyün yaşadığı ev vəsiyyətlə satışa çıxarılıb. Evdən gələn gəlir isə xərçəng xəstələri üçün fəaliyyət göstərən vəqfə bağışlanıb. Vemondun sözlərinə görə, o pulu tapdığı anda uzun yerlərə tətilə getmək istədiyini düşünüb. Dostları ilə bərabər sevindikdən sonra isə pulu qaytarması haqda düşünməyə başlayıb. Uzun müddət düşündükdən sonra ev sahiblərinin pulunu Xərçəng Xəstələri Dərnəyinə bağışlayıb. 
Dərnəyin rəhbəri dürüstlüyü üçün ona təşəkkür edib və bunu çox az adamların edə biləcəyini dilə gətirib.
Cia.az