|
"Serial bitən kimi ikinci uşağımı dünyaya gətirəcəyəm"
ATV-də yayımlanan “Yeter” serialında baş rolda çəkilən aktrisa Pelin Karahan planlarından danışıb. 
İş adamı Bedri Güntayla ailəli olan aktrisa ikinci dəfə ana olmaq istədiyini deyib. O, serial bitər-bitməz ikinci uşağını dünyaya gətirəcəyini söyləyib: 
“Serial qurtarsın, ikinci uşağımı dünyaya gətirəcəm. Tək uşaqla olmaz, ikinci övlad mütləqdir”. 
Qeyd edək ki, Pelinlə Bedrinin bir oğlu var.

 Cia.az