|
BP Azərbaycandakı iki dəniz platformasında işləri dayandırır

BP 2016-cı il ərzində texniki işlərin həyata keçirilməsi üçün Azərbaycanda iki dəniz platformasında işləri dayandırmağı planlaşdırır.

Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki rəhbəri Qordon Birrel deyib.

Onun sözlərinə görə, “Qərbi Azəri” və “Günəşli” platformalarında texniki xidmətin göstərilməsi müxtəlif vaxtlarda həyata keçiriləcək.

Bununla belə, Birrel görüləcək işlərin nə qədər vaxt aparacağını açıqlamayıb.

Cia.az