|
Şirvanda zibillikdən yeni doğulmuş uşaq meyiti tapıldı

Şirvan şəhərində yerləşən məişət tullantıları poliqonunda yerli sakinlər tərəfindən yeni doğulmuş uşaq meyitinin tapılması barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verilib.

APA-nın məlumatına görə, körpənin meyiti Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib. Mərkəzdə meyitin müayinəsi zamanı onun 7 aylıq hamiləlikdən sonra ölü doğulduğu barədə ilkin rəy verilib. Uşağın meyitinin kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı Şirvan polisi araşdırma aparır.

Cia.az