Uilyam Şekspirin 1616-cı ildən bəri toxunulmayan məzarı elmi araşdırma məqsədilə açılıb.
Axar.az xəbər verir ki, ingilis sənədli film kanalı Şanel-4 yazıçı Uilyam Şekspirin məzarını açaraq araşdırma aparır. Onun məzar daşına yazılan və illərlə tədqiqatçıların uzaq durmasına səbəb olan lənətə rəğmən, Şanel-4 kanalı belə bir riskə gedib.
Araşdırmanın məqsədi Şekspirin həyatında naməlum sirləri aşkarlamaqdır.
Ancaq məzar daşındakı lənət ingilis xalqını qorxutmağa davam edir. Qəbrin üzərində böyük şairin öz şeirindən bir bənd həkk olunub:
“Ey əziz dost, tanrı eşqinə,
bu daşın altında yatana dəymə,
oyatma yuxudan sümüklərimi,
lənətə gəlsin ona dəyəni”, - yazılıb.

Cia.az
