8 ay komadakı sevgilisinin ayılmasını gözləyən gəncin əslində xəstənin başına onun özünün xəsarət yetirdiyi üzə çıxıb.
“İndependent” qəzetinin xəbərinə görə, sevgilisi başından travma alan Lin Yingying adlı qızın ayılması üçün 8 ay yanında gözləyib. Uzun müddət sonra ayılan qız isə başına gələn qorxunc hadisəni danışıb və gerçək ortaya çıxıb. Qızın sözlərinə görə, Liu Fenghe adlı oğlan onu döyərək, başından travma almasına səbəb olub. Sonra isə onu xəstəxanaya aparıb və 8 aylıq məsrəflərini ödəyib.
Xəstəxana xərcləri 22 min paunddan çox olan qızın travmasının ağır olduğu açıqlanıb. Liu isə sevgilisinə zərər verdiyi haqda heç kimə heç nə deməyib. Həkimlər onun 5-ci mərtəbədən düşmüş insan qədər ağır travma aldığını deyiblər. Atası isə qızına polisə şikayət etməsi üçün cəsarət verib. Gənc qadın sevgilisinin onu bir neçə döydüyünü və sonunda onu komaya saldığı haqda polisə məlumat verib.
Cia.az
