Braziliyada keçiriləcək Azərbaycan kino həftəsi çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunacaq
Bu ilin 9-13 mart tarixlərində Braziliyanın San Paolo şəhərində ölkənin mötəbər mədəniyyət ocaqlarından biri sayılan Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Azərbaycan kino həftəsi keçiriləcək.
Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin dəstəyi, həmçinin Azərbaycanın Braziliyadakı səfirliyin təşkilatçılığı ilə keçirilən bu tədbirdə portuqal dilinə tərcümə olunmuş sənədli və bədii filmlərin nümayişi gözlənilir.
Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilmişdir.
Eyni zamanda, kino həftəsi çərçivəsində “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş olunacaq.
Adıçəkilən tədbir bu ilin 6-11 aprel tarixlərində paytaxt Braziliada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində davam edəcək.
Cia.az
