|
"Paltardəyişmə otağında futbolçular ağlayır" – Elbrus Məmmədov

"Komandadan razı qaldım, əzmkarlıq göstərdilər. Sadəcə vurulan topdan əvvəl qayda pozuntusu vardı. Bundan sonra penalti yarandı və bu da şübhəlidir. İlk dəqiqələrdən hər epizoda penalti tələb edirdilər".

Bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan kubokunun 1/4 finalında "Neftçi"yə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra deyib.

O, komandada görüləsi işlərin çox olduğunu vurğulayıb:

"Səhvlərimiz üzərində işləməliyik. Bu dəqiqə paltardəyişmə otağında futbolçular ağlayır. Çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaq və azarkeşlərimizi sevindirək. Söz verirəm ki, gələcək oyunlarda bu olacaq. "Xəzər Lənkəran" "Neftçi"yə fərdi ustalıqda uduzdu. "Neftçi"nin hücum xətti Azərbaycanda ən sürətli hücumdur. Oyundan sonra baş hakimin gözlərinə baxa-baxa təşəkkür etdim. Oyunda hakim səhvi gördüm, ancaq bu məsələyə aidiyyatı qurumlar baxır və onlar qərar verəcək".

Cia.az