Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da İsrail Dövlətinin keçmiş baş naziri Ehud Barakı qəbul edib.
AzərTAc-a istinadən bildirir ki, görüşdə IV Qlobal Bakı Forumunun artıq böyük bir beynəlxalq tədbirə çevrildiyi vurğulandı. Forumun gündəliyində bir çox vacib məsələlərin yer aldığı qeyd olundu. Bakı Forumunun dünyada gedən prosesləri müzakirə etmək üçün yaxşı imkan yaratdığı bildirildi.
**
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiçi qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edildi, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışıldı.
* * *11:59
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş prezidenti Viktor Yuşenkonu qəbul edib.
Cia.az “AzərTAc”a istinadən xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulandı.
Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edildi.
Cia.az
