|
Azərbaycanda heyvanlar sığortalanacaq

“Beynəlxalq Sığorta Şirkəti” ASC Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC tərəfindən keçirilən tenderin qalibi olub.

Şirkət "Aqrolizinq"in aldığı 5 min baş cins mal-qaranı və mineral gübrələri sığortalayacaq. Cins mal-qaranın sığortalanması üçün imzalanacaq sığorta müqaviləsinin sığorta haqqı 1 milyon 211 854 manat olacaq. Mineral gübrənin sığortalanması üzrə isə sığorta haqqı 100.343 manat təşkil edəcək

Cia.az