|
"Milan" klubunun baş məşqçisi cəzalandırılıb
İtaliyanın "Milan" futbol komandasının baş məşqçisi Sinişa Mixayloviç cəzalandırılıb. 
"Repor"un "Football İtalia"ya istinadən verdiyi məlumata görə, serbiyalı mütəxəssis A Seriyasında növbəti turu buraxmalı olacaq. 
Səbəb "Sassuolo"ya 0:2 hesabı ilə uduzduqları qarşılaşmada Mixayloviçin hakimlərin ünvanına xoşagəlməz ifadələr səsləndirməsi olub. 
Qeyd edək ki, "Milan" XXIX turda "Kyevo" ilə üz-üzə gələcək. 
Cia.az