|
Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Fənərbaxça" - "Braqa" oyununa hakim təyinatları açıqlanıb. Qarşılaşmanı fransalı hakim Klement Turpin idarə edəcək. Ona Frederik Kano və Nikolas Danos köməklik edəcək. Dördüncü hakim funksiyasını Kuril Gringore yerinə yetirəcək. Qeyd edək ki, "Fənərbaxça" - "Braqa" martın 10-u keçiriləcək. Cia.az
|
