|
Geyiminə görə lağa qoyulan model özünü belə müdafiə etdi
“Oskar” mükafatlandırma mərasimində geyindiyi açıq-bənövşəyi rəng libası ilə “zövqsüz” adlandırılan top model Haydi Klum özünü müdafiə edib. 
Sosial şəbəkədə lağ hədəfi olan 42 yaşlı model bu geyimi seçməklə “riskə getdiyini” deyib: 
“Dəb sahəsində özümə heç vaxt zəmanət vermirəm. Riksə getməkdən qorxmuram. Düz libasları sevmirəm, mənə çox cansıxıcı gəlir. Əyləncəli paltarlar geyinən hamını alqışlayıram”. 

Xatırladaq ki, Haydi Klumun “Oskar” üçün “Marchesa”dan libas seçimi çox uğursuz adlandırılmışdı. 

 
Cia.az