Bakıda gənc qıza məxsus mənzildən dəmir seyf oğurlanıb.
Cia.az saytı “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
M.Zeynalov küçəsi, 12-də yaşayan 1992-ci il təvəllüdlü Ülkər Əliyevanın mənzilindən içərisində 2500 manat pul olan seyf oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, .xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Cia.az
