Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyya Ərdoğan ailə qurmağa hazırlaşır.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun gələcək nişanlısının pilotsuz təyyarə istehsal edən “Baykar Makina” şirkətinin sahibi Özdemir Bayraqdarın oğlu Səlcuq Bayraqdar olduğu deyilir. Massaçusets Universitetində doktoranturanı bitirən 36 yaşlı S.Bayraqdarın ailəsi xəbəri təsdiqləyib.
“Sarıyer Times” adlı qəzetin yaydığı məlumata görə, cütlük ən qısa müddətdə nişanlanacaq.
Cia.az
