Bakıda Müasir İncəsənət Mərkəzində Birləşmiş Rəssamlar Klubunun təşkilatçılığı ilə Səbinə Abdullayevanın “Jakaranda” adlı sərgisi keçiriləcək.
Müasir İncəsənət Mərkəzindən Kult.az-a verilən məlumata görə, sərgidə müəllifin şüşə üzərində nəqqaşlıq nümunələri nümayiş olunacaq. İki gün davam edəcək sərginin açılış mərasimi dekabrın 27-si saat 17:00-da olacaq.
