|
Somalidə hava limanında noutbuk partladı:

Somalinin Beledueyne şəhərinin hava limanında yüklərin yoxlanması zamanı noutbuka yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.

Cia.az saytı NDTV telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində 6 nəfər yaralanıb, bunlardan iki nəfəri polis əməkdaşıdır.

Partlayışdan dərhal sonra polis ikinci partlayışın qarşısını ala bilib. Digər partlayıcı printerin içərisində aşkar olunub.

Cia.az