Tovuz rayonunda başından güllə yarası alaraq vəfat edən qadınla bağlı açıqlama verilib.
Daxili İşlər Nazirliyindən Cia.az-a verilən məlumata görə,m qadın intihar edərək öz başından güllə ilə vurub. Martın 6-da Tovuz rayonunun Çatax kəndində yaşayan Kəmalə Hacıyeva evində ov tüfəngindən açdığı atəşlə özünü öldürüb. Tovuz RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-BUM” markalı tüfəng götürülüb. Araşdırmalar aparılır.
Cia.az
