|
Türk rəssamın tablosu rekord qiymətə satıldı

Antik AŞ tərəfindən təşkil olunan hərracda rəssam İbrahim Çallının “Həyətdə oturanlar” əsəri 2 milyon 460 min liraya satıldı.

Antik AŞ-dən verilən açıqlamaya görə, Shangri-La Bosphorus otelində təşkil olunan 284-cü hərracda kolleksiyaçılardan seçilmiş dəyərli tablolar və antik rəsmlər satışa çıxarıldı. Türkiyənin məşhur kolleksiyaçılarının iştirakı ilə həyata keçirilən hərracda klassik türk və Osmanlı rəsm əsərləri rekord qiymətlərlə satıldı.

Hərracda İbrahim Çallı imzalı 1913-cü il tarixli “Həyətdə oturanlar” adlı əsər 2 milyon 460 min liraya satıldı. Əsər bu günə qədər satılan ən yüksək qiymətli “Çallı tablosu” oldu. Hərracda Sami Yetikin “Şakayıklar” əsəri 757 min, Halil Paşanın “Nil”də bahar” əsəri 630 min, Şevket Dağın “Natürmort” əsəri 600 min, Şeker Ahmet Paşanın “Ayvalı Natürmort” əsəri 550 min, Fausto Zonaronun “Galata Limanı” əsəri 440 min, Nazmi Ziyanın “Göksu” əsəri 330 min, İbrahim Çallının “Manolyalar” əsəri 280 min, Nazmi Ziyanın “Mavnalar” əsəri 280 min, İbrahim Çallının “Manolyalar” əsəri 215 min, Halil Paşanın “Sahil” əsəri 500 min, Hattat Yedikulelinin “Hilye-i Şerife” əsəri 310 min liraya satılıb.