Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin ortaq hərbi təlimləri başlayıb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytında bildirilib.
Məlumata əsasən, təlimlər Türkiyənin Konya vilayətində keçirilir.
"TURAZ Şahini-2016 " adı altında keçirilən təlimlərdə iştirak edəcək Azərbaycan hərbi hava qüvvələrinin heyəti Konya vilayətinə gəlib.
Ortaq hərbi təlimlər martın 25-ə kimi davam edəcək.
Qeyd edək ki, keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı - 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.
Cia.az
