|
Azərbaycanlı futbolçu Sloveniya klubunda ilk rəsmi oyununa çıxıb
Azərbaycan yığmasının futbolçusu Samir Məsimov Sloveniyanın "Domjale" klubunun heyətində ilk rəsmi oyununa çıxıb. "Report"un məlumatına görə, 21 yaşlı hücumçu "Qoritsa" komandası ilə ev qarşılaşmasının 68-ci dəqiqəsində meydana daxil olub.
 
O, Slobodan Vuku əvəzləyib. Həmin vaxt hesab 1:1 olub. 50-ci dəqiqədə meydan sahiblərindən Matiç Çrniçin qoluna 9 dəqiqə sonra Yan Humar cavab verib. Qarşılaşma da elə bu hesabla yekunlaşıb.
 
Bu nəticədən sonra 24 oyuna 39 xalla 3-cü pillədə qalan "Domjale" özündən 2 xal geridəki "Qoritsa"nı özündən irəli buraxmayıb.
 
Qeyd edək ki, Samir Məsimov "Domjale"yə qış transfer dövründə "Neftçi"dən keçib.
Cia.az