Məktəbdə oxuyan uşaqlar günün önəmli hissəsini oturaq, hərəkətsiz halda keçirirlər.
Evə gəlib kompüter və ya televizor qarşısında oturduqları üçün bel-boyun bölgələrində ağrılar əmələ gəlir. Həkimlər bel-boyun ağrılarının bir müddət sonra oturuş formasına, qamətə təsir etdiyini deyirlər. Belə həyat tərzi 7 yaşlı uşaqların həyat tərzinə 1%, 10 yaşdakılara 6%, 14 yaşdakılara 18% təsir edir.
Bəzən isə bu göstərici 50%-ə qədər artır. Mütəxəssislər valideyinlərə məsləhət görür ki, bu yaşda uşaqların kompüter qarşısında keçirdikləri vaxt 1 saatdan çox olmasın. Onlar daha çox yaşıdları ilə birlikdə açıq havada vaxt keçirməlidirlər.
Cia.az
