Amerikanın Vaşinqton ştatında əlindəki silahı ilə selfi çəkməyə çalışan kişi həyatını itirib.
Adı açıqlanmayan 43 yaşlı kişi boş olduğunu düşündüyü silahı ilə özünü başından vurub. Həyatını itirən kişinin sevgilisi gün ərzində bir neçə dəfə silahla selfi çəkdiklərini, lakin şəkil çəkməzdən əvvəl silahların içini boşaltdığını, sonra yenidən doldurduqlarını deyib. Polislər ölümü “qəza” kimi dəyərləndiriblər. “The Washington Post”da yer alan xəbərə görə, ötən il dünyada selfi çəkərkən 27 nəfərin öldüyü açıqlanıb.
Ona görə də Hindistanın bəzi yerlərində selfi çəkilişi qadağan edilib.
Cia.az
