|
“iPhone 7S”də sürpriz yenilik
Apple firmasının hələ təqdim edilməmiş yeniliyi ilə bağlı bəzi detallar üzə çıxıb. Hələlik təqdimat tarixi bəlli olmayan “iPhone 7S” öz möhtəşəm yeniliyi ilə hər kəsi sevindirəcək. Yeni telefon OLED ttps://tr.wikipedia.org/wiki/OLED ekrana sahib olacaq. Smartfonun 2017-ci ildə istehsalına başlanılacağı ehtimal edilir.
 
LCD texnologiyasından OLED texnologiyasına keçid edən şirkətin istehsal edəcəyi yeni telefonun ekranı öz sələflərindən fərqli olaraq daha parlaq və nazik olacaq. “Apple”in əvvəllər “Apple Watch”da istifadə etdiyi OLED ekranlar istifadə edilməyən pikselləri örtərək enerjiyə qənaət etmək qabiliyyətinə malikdir. “iPhone 5SE” bir neçə yeni “Apple” məhsulu ilə mart ayının 22-də tanıdılacaq. Əvvəlcə yeniliklərin martın 15-də təqdim ediləcəyi gözlənilirdi. Tədbir zamanı 4 düymlük “iPhone 5SE”, yeni bir iPad və yeni "Apple Watch" ttp://www.apple.com/watch/" nümayiş ediləcək. 
 
İndiyədək “iPhone 5SE” olaraq bilinən “iPhone”un adının da dəyişə biləcəyi istisna edilmir. Belə ki, şirkət yeniliyin adındakı “5"in gərəksiz olduğunu düşünür. Bunun üçün də telefonun adı ”iPhone SE" kimi qala bilər. Ehtimal ki, “SE” (“special edition” - “xüsusi buraxılış”) sözlərindən götürülüb.
Cia.az