|
Saçlarınızı düzgün darayın

Saçların sağlam və parlaq  olması üçün keyfiyyətli bahali kosmetik vasitələr və gündəlik salon  prosedurları bəs etmir.

Nə qədər inanılmaz olsa da, saçların sağlam  olması üçün ilk əvvəl onların düzgün daranması vacibdir. Belə ki, bu  prosedur gündəlik bir prosedur olduğuna,görə onun necə baş verməsindən  çox şey asılıdır.
Cia.Az saglamolun.az-a istinadən bildirir ki, daranma prosesinin saçlarınıza ziyan deyil, xeyir gətirməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır:
Ən  başlıca qayda saçların sulu və nəm halda daranmasının qadağan olduğunu  bilməkdir. Bu halda onlar sudan ağırlaşaraq asanlıqla zədələnir və  qırılırlar. Ümumiyyətlə isə mütəxəsisslər saçları yuyulduqdan 8 saat  sonra darnmasını məsləhət görürlər. Buna səbəb o zaman ərzində onların  təbii yaxmasının təzələnməsi və bərpa olmasıdır.
Əgər  saçlarınız qısadırsa, onları dibdən uca daramaq, uzun saçları isə  uclarından başlayaraq dibə  qədər daramaq lazımdır. Bir çox trixoloqlar  saçları darayıb sonradan uzərindən (dibdən-uca) sığal çəkmək lazım  olduğunu iddia edirlər. Bu prosedur ən az 40 dəfə edilməlidir(bir  darayib, bir sığal çəkmək). Bu prosedur gündə 2 dəfə edilməlidir.
Niyə bu qədər çox? Düşünəcəksiniz...
Belə  ki, saçlar darandıqda baş massaj olunur, bu isə baş dərisinin qan  dövranın yaxşılaşması deməkdir, qan dövranı yaxşılaşdıqda isə  soğanaqları aktivləşdirərək saçların uzanmasına səbəb olur. Bundan əlavə  saçların dibdən uca düzgün daranması və sığallanması piy vəzilərinin  işini stimullaşdırır, dəri piyinin bütün uzunluq boyu eyni qaydada  bölüşdürülməsi saçların sağlamlığını təmin edərək, onları elastik,  möhkəm və parlaq edir. Həmçinin saçlar darandıqda üzərində və saç dibinə  qonan  tozlardan azad olurlar.
Sonda isə çox önəmli olan bir məsləhət... Əgər saçlarınızın sağlam olmasını istəyirsinizsə o zaman yaş saçlarla yatmayın.

Cia.az