|
Hamam otağınız kifayət qədər təmizdirmi?

Təbii ki, hamam otağını təmiz və səliqəli saxlamaq üçün tez-tez təmizləyirik. Lakin üzərindən keçdiyiniz kiçik bir detal böyük sağlamlıq problemlərinə səbəb ola bilər. Məhz buna görə 

Diş fırçaları

Evdə yaşayan hər kəsin diş fırçası eyni qabda olarsa, evdə xəstə olan insanın diş fırçasındakı mikroblar digər fırçalara keçə bilər və evdəki digər şəxslər də xəstələnər. Buna görə də evdəki adamların hər birinin diş fırçası bir-birindən aralı olmalıdır. Əgər xəstə və ya qrip olmusunuzsa, sağaldıqdan sonra mütləq diş fırçanızı dəyişin. Çünki xəstə olduğunuz zaman ağzınızdakı mikroblar diş fırçasına hopur və oradan yenidən sizin bədəninizə daxil olmaq şansı var.

Qapı dirəyi və işıq düymələri

Gün ərzində tez-tez qapı dirəyi və işıq düyməsinə toxunuruq. Əllərinizi yuduqdan sonra yenidən işıq düyməsinə toxunursunuzsa, əllərinizin təmiz qalmağının heç bir mənası olmur.

Hamam divarları

Hamam otağının divarlarının təmizliyi tualetin təmizliyi qədər vacibdir. Havalandırılmayan, buxarlı və isti olan hamamın divarları əls mikrob yuvasıdır.

Duş lifi (hamam süngəri)

Hamamdakı duş lifi mikrobların ən çox toplandığı yerlərdən biridir. Bu bakteriyalar müxtəlif dəri problemlərinə səbəb olur. Mütəxəssislər hamam süngərindən istifadə etməyin sağlamlığa zərərli olduğunu deyir. Lakin əgər istifadə etmək istəyirsinizsə, hər dəfə isti su ilə yaxşıca yuyun və quruduqdan sonra yenidən istifadə edin. Duş lifini 3 aydan bir dəyişməyi də unutmayın.

Təraşedici vasitələr

Uzun müddət nəm, yaş qalan təraşedici vasitələr paslanır. Bu isə bakteriyaların oraya toplanmasına səbəb olar.

Hamam dəsmalları

Əllərinizi yuduqdan sonra qurulamaq üçün hər kəsin öz dəsmalı olmalıdır. Bu halda bədən üçün olan dəsmalların mütləq ayrı-ayrı olmasını deməyə də ehtiyac qalmır. Hamam dəsmallarını qarışdırmamaq üçün özünüzə aid olanını rənginə görə seçin və ya fərqli naxış və formalı dəsmalınız olsun.

Duş pərdələri

Duş pərdəniz qara və tünd rəngdədirsə əmin olun ki, orada mütləq kif anbarı var. Açıq rəngli duş pərdəsində tünd ləkə, tünd rəngli duş pərdəsində açıq rəngli ləkələr varsa, mütləq dəyişdirin.   

Cia.az