Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə ötən gün axşam saat 21 radələrində Göyçay şəhərindəki avtomobilyuma mərkəzində qeydə alınıb. Göyçay şəhərinin Vidadi küçəsindəki dalan 4, ev 6-da yaşayan 1980-ci il təvəllüdlü Məmmədov Elnur Adil oğlu avtomobil yuyarkan nasaz su motoru ilə ehtiyatsız davranıb və cərəyan onu vuraraq öldürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Elnur Məmmədovun meyiti müayinə üçün Respublika Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Cia.az
